Qədim piramidələr necə yaranıb?

9 May 2012 13:30 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, nəhəng həcmə və dəqiq mühəndislik incəliklərinə sahib olan Misir piramidalarının necə tikilməsinə aid indiyə qədər çox fərziyyə irəli sürülmüşdür.Bəziləri elə fikirləşir ki minlərlə adam 1-2 tonluq nəhəng daşları uzaq məsafədən daşıyıb tikintini başa vurmuşlar.Amma son zamanlar alimlər o dövrün texnologiyası ilə bunun mümkün olmayacağını düşünməyə başladılar.Və bu əsasda irəli sürülən fərziyyələr artıq fantastik idi.Bəziləri belə güman edirlər ki o dövrdə Qədim Misir çox böyük və inkişaf etmiş bir sivilizasiya olub,hətta bizdən də inkişaf etmiş.Sonralar isə hansısa səbəbdən bu böyük inkişafdan əsər-əlamət qalmayıb,bircə nəhəng piramidalardan başqa...Son zamanlar yayılmış fikir isə yadplanetlilərin buraya gələrək piramidaları inşa etdikləridir.

Belə inanılmaz fikirlər burulğanında Amerika alimi C.Baftis sensasiyalara səbəb olan yeni fərziyyə irəli sürmüşdür.Onun firkrincə də hələ 5000 il əvvəl bir neçə tonluq daşları uzaq məsafədən daşıyıb xeyli hündürüyə qaldırmaq qeyri-mümkün idi.C.Baftis daşları kimyəvi analizdən keçirərkən məlum olmuşdur ki material süni yolla hazırlanıb.Kimyaçının dediyinə görə əvvəlcə xüsusi məhlul hazırlayıb,sonra qəliblərə tökmüşlər.Bu fikri daşların içərisindən tapılmış 21 santimetr uzunluğunda olan saç tükü sübut edir.

Türkan Nadirqızı

Movqe.Az