İki nəfər alkoqollu içkidən zəhərlənib

11 İyun 2013 17:25 (UTC+04:00)
"Bu ay ərzində Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə 16 sərxoş gətirilib. Onlardan ikisində alkoqollu içkidən zəhərlənmə qeydə alınıb". Bu sözləri Movqe.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov  söyləyib. A. Maqsudov ötən ay Mərkəzə 12 sərxoşun gətirildiyini, onlardan üçündə alkoqollu içkidən zəhərlənmənin qeydə alındığını söylədi. A. Maqsudov alkoqollu içkidən zəhərlənmə hallarının daha çox normadan dəfələrlə artıq spirtli içki qəbul etdikdə qeydə alındığını söylədi. Onun sözlərinə görə, zəhərlənmə halları 2,5 litrdən artıq spirtli içki qəbul edən sərxoşlarda qeydə alınır: "Zəhərlənmə halları bəzən spirtli içkilərin keyfiyyəti ilə bağlı olmur. Beklə hallar normadan dəfələrlə artıq spirtli içki qəbul edən hallarda qeydə alınır".