Bakıda 9 şadlıq evində yoxlama aparılıb

12 İyun 2013 12:44 (UTC+04:00)

Bu il Bakıda fəaliyyət göstərən 9 şadlıq evində yoxlamalar aparılıb, nəticədə 11,5 min manat məbləğində cərimə tətbiq olunub.


Mövqe.az-ın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bildirib.

 

Ə.İmanov qeyd edib ki, şadlıq saraylarında yoxlamalar davam etdirilir: "Şadlıq sarayları qəbul edilmiş standartın tələblərinə uyğun işlərini qurmalıdır".