Aşağıorbitli peykin satınalınması üzrə iddiaçılarla görüş keçirilib
9 May 2012 11:41 (UTC+04:00)
Movqe.Az xəbbər verir ki,
"Azərkosmos" ASC-də "Aşağıorbitli optik peykin hazırlanması, orbitə
çıxarılması və sığortalanması" üzrə keçirilən satınalma prosesi
çərçivəsində iddiaçılarla tender öncəsi görüş keçirilib. Əsas
şərtlər toplusunu almış iddiaçı şirkətlərin iştirakı ilə keçirilən
görüşdə 6 şirkətin nümayəndələri iştirak edib.
Görüşdə çıxış edən tender komissiyasının
üzvləri aşağıorbitli peyk layihəsi barədə görüş iştirakçılarına
ətraflı məlumat verib. Daha sonra layihəyə dair ümumi texniki
məsələlər müzakirə edilmiş, o cümlədən əsas şərtlər toplusu barədə
əlavə izahatlar verilib. Görüşün sonunda iddiaçı şirkətləri
maraqlandıran suallar cavablandırılıb.