Ledi Qaqanı əsəbləşdirən öpüş

13 İyun 2013 15:35 (UTC+04:00)

Ledi Qaqanın nişanlısı Teylor Kinneyin yeni filmi "The Other Woman"dakı rol yoldaşı Kameron Diazla yaxınlaşması ABŞ-lı müğənnini hirsləndirib. Movqe.Az-ın məlumatına görə, fevral ayında keçirdiyi omba əməliyyatı səbəbiylə konsertlərini ləğv edən Ledi Qaqa, dedi-qodular üzündən Meksikada tətilini yarıda kəsib. İddiaya görə Qaqa, çəkilişlər əsnasında sevgilisini bir an olsun tək buraxmır. Müğənni, klipinə də apardığı sevgilisiylə evlilik hazırlıqları görür. Cütlüyün yay fəslinin sonunda evlənməyi planlaşdırdıqları bildirilib.