Papa:"Vatikanda eynicinsli lobbisi var"

13 İyun 2013 15:28 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, katolik dünyasının ruhani lideri Papa Françesko, Vatikanda "eynicinsli lobbisi" olduğunu qəbul edib. Çilidə bir sayta görə, ötən həftə Latın Amerikalı dini nümayəndələri qəbul edən Papa : "Kardinallar Divanında olan eynicinsli lobbisindən bəhs edilir ki, bu doğrudur" deyib. Iddianı yalanlamağa çalışan Vatikan nümayəndəsi , "Bu Papanın şəxsi fikiridir" deməklə kifayətlənib.

Benediktin istefa səbəbi

Xatırladaq ki, keçmiş Papa 16-cı Benediktin fevral ayında qəfil şəkildə istefa etməsində, Vatikandakı güclü eynicinsli lobbisinin etdiyi şantajın təsiri olduğu iddia edilmişdi.