Mənfi 196 dərəcədə ölümsüzlük

13 İyun 2013 16:53 (UTC+04:00)

Hollivud filmi deyil gerçəkdir... Üç "Oxford"lu alim, öldükdən sonra gələcəkdə yenə həyata qayıtmaq üçün -196 dərəcədə beyinlərini donduracaqlar. Xatirələr isə kompüterə köçürüləcək. Movqe.Az-ın məlumatına görə, İngiltərənin "Oxford" Universitetindən vəzifəli 3 alim, gələcəkdə yenidən həyata gələ bilmək üçün özlərini "dondurma" qərarı alıblar. "ALCORN" Həyat Uzatma Vəqfi adlı bir Amerika şirkətiylə razılaşan Nik BOSTROM və Anders Sandberq beyinlərini, Stuart Armstronq isə bütün bədənini donduracaqlar.