Mandelanın səhhəti yaxşılaşır

13 İyun 2013 16:38 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Cənubi Afrika Prezidenti Ceykub Zuma parlamentdə etdiyi çıxışında, Cənubi Afrikanın keçmiş lideri Nelson Mandelanın xəstəxanadakı müalicəyə "nisbətən müsbət cavab verməyə başladığını" söyləyib. Cənubi Afrika Prezidenti  Zuma, parlamentə Mandelanın sağlamlıq vəziyyətinin yaxşılaşdığını açıqlayıb. Zuma, 94 yaşındakı Mandelanın çətin keçən bir neçə gündən sonra sağlamlıq vəziyyətinin yaxşılaşmasından ötəri xoşbəxt olduğunu deyib.