Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bred Pit və Ancelina Coli Türkiyəyə səfər edəcəklər. Hələlik cütlüyün İstanbul səfəri sirr olaraq, gizli saxlanılır.
Bərabərliklərinin 7-ci ilində evlilik haqqında qərar verən B.Pit və A.Colinin səfərinin may ayının 14-də olacağı gözlənilir. Səfərin məqsədi, onların hansı tədbirə qatılacağı barədə isə heç bir məlumat verilməyib.
Qeyd edək ki, "Hollywood"un məşhur cütlüyü bir müddət əvvəl A.Colinin lentə aldığı "Qan və bal ölkəsində" filminin təqdimatı üçün Bosniyaya səfər etmişdilər.
Fuad Mədətov
Movqe.Az