Azərbaycanın Göygöl rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 20 yaşlı Elsevər Ramiz oğlu Mehdiyev yaşadığı evdə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.