Rusiyada müxalifət lideri nəzarət altındadır

9 May 2012 20:41 (UTC+04:00)

Mövqe.az "Euronews"a istinadən bildirir ki, Rusiyanın paytaxtı Moskvada Viladimir Putinin üçüncü dəfə Kremlə çıxışına etiraz edən nümayişçilər dünən axşam da polisin müdaxiləsi ilə qarşılaşıblar.

Polis, nümayişlərini həftəsonundan bəri davam etdirən minlərlə insanı dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

200-dən çox adam nəzarət altına alınıb. Kreml Sarayı yaxınlarındakı nümayişlərdə nəzarətə alınanlar arasında müxalifətin öndə gələn adlarından Sol Cəbhə lideri Sergey Udaltsov, Parlament üzvü İlya Ponomaryov və televiziya aparıcısı Kseniya Sobçak da olub. Nəzarətə alınan bir başqa tanış ad isə Putin əlehdarı olan bloq yazıçısı Aleksey Navalnıy olub. Nümayişlər zamanı üç gündür nəzarətə alınanların sayı cəmi minə çatıb.

Xatırladaq ki, Putinə vəzifəsini təhvil verən keçmiş Dövlət Başçısı Dimitri Medvedev də dünən keçirilən səsvermə nəticəsində Baş nazir vəzifəsinə seçilib.

Ziba Yusifova

Movqe.Az