"Gənclər üçün kiçik həcmli biznes inqibatorlarının yaradılması” layihəsinə yekun vurulub
17 İyun 2013 12:40 (UTC+04:00)
Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyəti Azərbaycan Respublikası
Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər
üçün kiçik həcmli biznes inqibatorlarının yaradılması" layihəsinə
uğurla yekun vuruldu.
Layihə çərçivəsində elanlar hazırlanmış və qəsəbə daxilində
paylanmış, qəsəbə gəncləri Dirçəliş İqtisadi Araşdırmalar
Cəmiyyətinin Sahil Biznes Resurs Mərkəzinə dəvət olunmuş və 60
nəfər gənc layihə iştirakçısı kimi seçilmişdir. Biznes
inqubatorlarda fəaliyyət üçün 3 biznes fəaliyyət müəyyən
edilmişdir. Biznes fəaliyyətləri elə seçilmişdir ki, əsasən
qəsəbənin gənc qızları əhatə edilsin. 60 nəfər seçilən gənclər 2
qrupa bölünmüş və 1 –ci 30 nəfər üçün hər biznes fəaliyyət üzrə 10
nəfər olmaq şərtilə 2012-ci ilin sentyabr ayından başlayaraq, 3
aylıq treninqlər və 1 aylıq praktik məşğələlər keçirilmişdir.
Layihə üzrə 2 –ci qruplar üçün treninqlər 2013-cü ilin fevral
ayından başlanmış və may ayının sonunda başa çatmışdır. Bununla
yanaşı biznes inqubasiya prosesinin təşkilində gənc qəsəbə sakini
biznesin inkişafı xidmətləri və 3 peşə istiqaməti üzrə treninqlər
və praktik məşğələlərlə əhatə edilib, onlardan 12 nəfəri, öz
biznesini yaradıb və fəaliyyətə başlamışdır. Bundan əlavə hər bir
sahibkar öz biznesinə 2 gənci də cəlb etmiş və layihənin təsiri ilə
36 nəfər qəsəbə gənci üçün iş yeri açılmış və gənc sahibkarların
yetişdirilməsi, peşəkarlığının artırılması və gənclərdə menecment
bacarıqlarının inkişafına nail olunmuşdur.
Treninqlərlə yanaşı gənc iştirakçılar məsləhət xidməti ilə də əhatə
edilmişlər. Məsləhət xidmətlərində gənclər biznesin idarə edilməsi,
hüquqi şəxslərin yaradılması və fərdi sahibkar kimi qeydiyyatdan
keçirilməsi, satış və gəlirlərin bölünməsinə dair əlavə zəruri
bilgilər almışlar. Treninqlər bitdikdən sonra test yoxlama
imtahanları keçirilmiş və treninq prosesində qazanılmış bilgilər
qiymətləndirilmişdir.