Güləşçimiz Avropa çempionatının finalında erməni rəqibini məğlub edib

19 İyun 2013 11:04 (UTC+04:00)

Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.


Azərbaycan Güləş Federasiyasından Mövqe.az-a verilən məlumata görə, ilk yarış günündə sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulub.


Güləşçilərimizdən 3-ü finala qədər maneəsiz irəliləyib. Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) finalda Türkiyə təmsilçiləri ilə, Abdulmuslim Muxuddinov (69 kq) isə erməni güləşçi ilə qarşılaşıb. 50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxıb, rəqib Rumıniya güləşçisi olub.


50 kq, bürünc medal görüşü

Mahir Əmiraslanov - Barna Marton (Rumıniya)


58 kq, final

Məhəmmədəli Əliyev - Selim Kozan (Türkiyə)

69 kq, final

Abdulmuslim Muxuddinov - Tiqran Mnatsakanyan (Ermənistan)


85 kq, final

Nurməhəmməd Hacıyev - Enes Altun (Türkiyə)


Medal görüşünə çıxan bütün güləşçilərimiz xalça üzərindən qalib ayrılıb. Beləliklə, yeniyetmələrin Avropa çempionatında ilk gün sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıb.


Çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) mübarizəyə qoşulacaq.