Mövqe.az xəbər verir ki, ABŞ Əl Qaidə lideri Usame bin Ladenin öldürülməsinin birinci il dönümündə Amerikaya aid sərnişin təyyarəsinə təşkil edilməsi planlanan silahlı hücumun qarşısını alıb. Amerika Federal İstintaq Bürosunun FBI-ə verdiyi şərhdə terror hücumunu təşkil etmək üçün istifadə edilməsi planlanan bombanın ələ keçirildiyi deyilib. Terror aktını Əl Qaidənin Yəmən qolunun hazırladığı müəyyənləşib. Plana görə bomba sərnişinin alt geyimi vasitəsilə hava limanındakı detektordan keçməli idi.
Əfqanə Məzahirqızı
Mövqe.az