Hürrəm bu axşam ekranlara qayıdır

19 İyun 2013 11:40 (UTC+04:00)

Türkiyənin ən baxımlı serialının çəkilişlərini yarımçıq qoyaraq Almaniyaya qaçan "Muhteşem Yüzyıl"ın Hürrəmi bu axşam ekranlara qayıdır. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, yeni Hürrəm Vahidə Gördümdür. O, aktrisa Məryəm Üzərlinin yaşlı dövrünü canlandıracaq. 


Ötən il süd vəzi xərçənginə yaxalnadığı üçün saçlarını qırxdıran aktrisaya qızılı parik taxılıb. Aktrisa yeni rolu ilə bağlı çox həyəcanlı olduğunu deyib. "Ümid edirəm ki, tamaşaçılar zövq alar". 


Xatırladaq ki, Hürrəm Sultan- Məryəm Üzərli çəkilişləri davam etdirməyə gücü qalmadığını əsas gətirərərk heç kimə xəbər vermədən Almaniyaya gedib. Bundan sonra serialın yaradıcı heyəti onunla qayıtması barədə uzun müddət danışıqlar aparsalarda, aktrisa Türkiyəyə dönməkdən imtina edib.