Kim Kardaşian üsyan etdi

19 İyun 2013 15:51 (UTC+04:00)

Movqe.Az xəbər verir "Daily Mail"ə istinadən xəbər verir ki, Kim Kardaşian, məşhur rep müğənnisi olan sevgilisi Kanye Vest ilə gözlədiyi körpəsini ötən günlərdə dünyaya gətirib. Lakin Kardaşianın görüntülərini yayımlamağa davam edən realiti şous "Keeping Up With The Kardashians" ın son bölümündə hamiləliyinin heç də asan keçmədiyi görülür. Mədə iltihabı səbəbi ilə təcili olaraq müalicə altına alınan Kardaşianı anası Kris Cenner tək qoymayıb. Kardaşian görüntülərdə "Bir daha əsla hamilə qalmayacağam. Çok ağrı çəkdim! Yeriyə bilmirəm" deyərkən görülür. Kardaşian körpənin yaxşı olduğunu öyrəndikdən sonra bir qədər rahat olub.