AMEA-nın vitse-prezidenti, ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru təyin olunub. Bu barədə "lent.az"-a akademikin özü məlumat verib.
Məlumata görə, İ.Həbibbəyli AMEA-da vitse-prezident vəzifəsində qalmaqla yanaşı Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışacaq. O həm də institutun Elmi Şurasına da sədrlik edəcək.