Acı bibərin faydaları

20 İyun 2013 16:19 (UTC+04:00)

Acı bibərin tərkibində C vitamini beta karoten, A, P, K, B1, B2 və E vitamini ilə bəzi alkoloid vardır. Movqe.Az-ın məlumatına görə, acı bibərin məlum olan ən böyük faydası iştahanı açmasıdır. Bundan əlavə, bilmədiyiniz bir çox faydaları da var: 

Bir çox xərçəng növünə tutulma riskini azaldır.

Ürək və damar xəstəliklərindən qoruyur.

Göz sağlamlığı üçün faydalıdır.

İmmunitet sistemini gücləndirir.

Xroniki bronxit müalicəsinə kömək edir.

Həzmi asanlaşdırır və mədəni gücləndirir.

Qabizliyin qarşısını alır.

Yaşlanmağı gecikdirir.

Cinsi gücü artırır.