ABŞ-da yeni moda

20 İyun 2013 18:37 (UTC+04:00)

ABŞ-da evliliyə hazırlaşan qadınlar arasında yeni bir adət yaranıb. Movqe.Az-ın məlumatına görə, keçmişin subaylığa əlvida mərasimlərini dəbdən düşmüş hesab edən qadınlar, yaxın qız rəfiqələri ilə toplanıb 'çılpaq' şəkil çəkdirirlər. Fotoqraf Katerin Leonardın çəkiliş başına 500 dollar aldığı yeni moda pozalarla, qadınlar çılpaq şəkildə mərasim hazırlayır, saçlarını da düzəldib bəzənməyə laqeyd yanaşmırlar. Yaxın rəfiqələri ilə toydan əvvəl 'qız-qıza' vaxt keçirmə şansı tapan qadınlar, bu anları şəkil çəkərək unudulmaz edirlər.