Dövlət qulluqçusu kimi əmək pensiyası alanların sayı 12 min nəfərdir

21 İyun 2013 14:47 (UTC+04:00)

Hazırda Azərbaycanda dövlət qulluqçusu kimi əmək pensiyası alanların sayı 12 003  nəfər təşkil edir.

 

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, onlardan  65,3%-i yaşa görə, 24%-i əlilliyə görə, 10,7%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.

 

İyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramıdır. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan prezidentinin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis olunub. Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara  malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır. Hazırda Azərbaycanda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 342,3 manat təşkil edir. 

 

Qeyd edək ki, 2013-cü il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 271 526 nəfərdir.