Ordumuzun mövqeləri atəşə tutulmaqda davam edir

24 İyun 2013 11:02 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.