Təhsil Nazirliyi bu günə qədər universitetlərdə keçirilən imtahan sessiyası neqativ halların yaşanması, rüşvət, korrupsiya halları ilə bağlı edilən müraciətlər barədə məlumat yayıb.
Nazirlikdən Mövqe.az-a verilən xəbərə görə, 2012-2013-cü tədris ilinin yay imtahan sessiyasında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən müxtəlif məzmunlu müraciətlər daxil olub.
Hazırda müraciətlər təhlil olunur, müvafiq araşdırmalar aparılır.