"Dərmandan ölməsəydi, yuxusuzluqdan öləcəkdi"

24 İyun 2013 12:15 (UTC+04:00)

Amerikanın pop ulduzu Maykl Ceksonun ailəsinin təşkilat şirkəti "AEG"-i verdiyi məhkəmədə şahid olaraq dinlənilən Harvard Tibb Fakültəsindən Dr. Çarlz Seisler, Ceksonun son 60 gününü yuxusuz keçirdiyini bildirib. Movqe.Az-ın məlumatına görə, Seisler, "Cekson həddindən artıq dozada dərman qəbulundan ölməsəydi, yuxusuzluqdan öləcəkdi. Bəlkə də dünyada 60 gün yatmadan qala bilən tək adamdır." deyib.