İçərişəhərin ərazisi simsiz Wi-Fi ilə tam əhatə olunub

24 İyun 2013 16:09 (UTC+04:00)

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi simsiz Wi-Fi ilə tam əhatə olunub. Bu barədə bazar ertəsi Mövqe.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildiriblər.


Simsiz şəbəkəyə çıxış sayəsində istifadəçilər elektron bələdçi və internet resurslardan (icherisheher.gov.az, "Facebook" sosial şəbəkəsində "İçərişəhər" səhifəsinə və bəzi KİV səhifələrinə) pulsuz istifadə imkanı əldə edəcəklər.

Wi-Fi texnologiyası üzrə simsiz çıxış istifadəçilər üçün daha məqbuldur, çünki bazarda bu standartı dəstəkləyən (noutbuklar, telefonlar, smartfonlar) xeyli qurğular mövcuddur.