"Neftçi"nin rəqibi bilindi

24 İyun 2013 17:01 (UTC+04:00)

UEFA Çempionlar Liqasının ilkin və ikinci təsnifat mərhələsinin püşkü atılıb. Mövqe.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ikinci mərhələdən başlayacaq Azərbaycan çempionu "Neftçi"nin rəqibi, püşkün nəticəsinə əsasən, Albaniyanın "Skenderbeu" klubu olacaq. Bu mərhələnin ilk oyunları iyulun 16-17-də, cavab qarşılaşmaları isə iyulun 23-24-də keçiriləcək.