AccessBank QDTİB ilə 15 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb

24 İyun 2013 18:08 (UTC+04:00)

AccessBank Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə 15 milyon ABŞ dolları məbləğində 3 il müddətinə kredit müqaviləsi bağlayıb. Cəlb olunan maliyyə vəsaitləri sənaye və kənd təsərrüfatı ilə məşğul olan orta və kiçik müəssisələrin yaradılmasına, təkmilləşdirilməsinə və inkişafına  yönəldiləcək. 


Xatırladaq ki, bu, orta və kiçik sahibkarlığın maliyyələşdirilməsinə yönəldilən AccessBank-la QDTİB arasında bağlanan üçüncü sazişdir. Üçüncü kredit xəttinin aşılması ilə QDTİB-dən cəlb olunan kreditin ümumi məbləği 22 mln ABŞ dolları təşkil edib.  


AccessBank-ın Baş Meneceri Mixael Xoffmann sazişin imzalanmasını şərh edərək deyib: "Biz uzunmüddətli tərfədaşımız olan QDTİB tərəfindən ayrılan kreditə görə məmnunluq duyuruq. Bu vəsaitlər Banka kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə, xüsusilə də iqtisadiyyatın dinamik sürətdə inkişaf edən qeyri-neft sektoruna dəstək olacaq". 


QDTİB-in prezidenti Andrey Kondakov deyib: "Biz, 2002-ci ildə QDTİB və başqa maliyyə institutları tərəfindən təsis olunan AccessBank-la əməkdaşlığın güçləndirilməsindən məmnunluq duyuruq. AccessBank Azərbaycanda kiçik və orta sahibkarlığın kreditləşməsi üzrə liderdir. AccessBank-la əməkdaşlıq sayəsində QDTİB kiçik və orta biznesə dəstək olur və maliyyə resurslarının əldə edilməsini asanlaşdırmaqla iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına köməklik göstərir.      


Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara dəniz regionunda yerləşən ölkələrin əməkdaşlığına və regional inkişafa dəstək olmaq üçün yaradılan beynəlxalq maliyyə institutudur. QDTİB-in fəaliyyəti regionda ticarətin inkişaf etdirilməsindən, beynəlxalq layihələrin həyata keçirilməsində və xarici investisiyaların yerləşdirilməsində yardımın göstərilməsindən ibarətdir. Həmçinin, bura dövlət və qeyri-dövlət səviyyəsində  ticari və iqtisadi əlaqələrin inkişafı zamanı qarantiyaların verilməsi edilməsi daxildir.  Standard & Poor’s agentliyi QDTİB-in uzunmuddətli reytinqini A-/A-2 səviyyəsində, Moody’s  beynəlxalq agentliyi isə A3/P2 səviyyəsində təsdiqləyib.  


AccessBank 2002-ci ildə QDTİB, AYİB, BMK və Almaniyanın konsaltinq şirkəti olan LFS Financial Systems (LFS) tərəfindən yaradılıb. AccessBank-ın fəaliyyəti mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsinə yönəldilib. Bankın bütünlüklə Azərbaycanda 37 filialı və 1,565 əməkdaşı fəaliyyət göstərir. Fitch Ratings agentliyi AccessBank-ı Azərbaycanda ən yüksək bank reytinqi olan BB+ reytinqi ilə qiymətləndirib.