Qatarın yeni əmiri seçildi

25 İyun 2013 17:39 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Qatar Əmri Hamad bin Xəlifə Al-i Sani, vəzifəsini vəliəhd Şahzadə Şeyx Təmim bin Hamad Al-i Saniyə təhvil verib. Əmr Hamad Bin Xəlifə Al-i Sani, Dohada dünən reallaşan Kral ailəsi və müdrik adamlar konfransı nəticəsində oğlu Təmim bin Həmas Al-i Sanını Qatarın yeni əmri elan edib. Xəlifə, etdiyi şərhdə "artıq yeni nəslin iqtidarda rol alması lazım olduğunu" bildirib. Hamad Bin Xəlifə Al-i Sani və Şeyha Mozah bint Nasıur Al-i Missnedin 2-ci oğlu olaraq 3 İyun 1980-ci ildə doğan Şeyx Təmim, təhsilini 1998-ci ildə İngiltərədə Sandhurst Kral Hərbi Akademiyasında tamamlayıb.