Dünyanın ən böyük atraksiyonu ABŞ-da

25 İyun 2013 19:17 (UTC+04:00)

Dünyanın ən yüksək və ən sürətli atraksiyonuna sahib "rollar coaster" Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətində xidmətə açılıb. Movqe.Az-ın məlumatına görə, insanlar saatda 112 kilometrlik bir sürətlə girdikləri 49 metrlik əyləncə qatarının içində iki dəfə baş-ayaq qalmağın həyəcanını yaşayırlar. Kaliforniyada olan "Six Flags Magic" dağındakı əyləncə mərkəzi yeni bir "rollar coaster"i insanların istifadəsinə təqdim edib. Bu yeni "roller coaster" 49 metr yüksəkliyindəki nəhəng dönməsilə diqqətləri çəkir.