Briliantdan Aygünü qıcıqlandıracaq növbəti status-Özəl
27 İyun 2013 14:57 (UTC+04:00)
Brilliant Dadaşova yenidən yazdığı statusla gündəmə gəlib.
Mövqe.az-ın məlumatına görə, B.Dadaşova sosial şəbəkədə belə bir
statusu paylaşıb: "Allah Siyavuş Aslanı rəhmət etsin. O, əsl
sənətçi idi. Xalqımızın başı sağ olsun!!! Görəsən qalmaqalla,
sevgili "sponsorları" vasitəsi ilə, əxlaqsız əməlləriylə
"sərvətlərini nümayiş etməklə" adını sənət adamı adlandırıb,
əslində isə öz fəaliyyət səviyyəsində olan bəzi media meymunları bu
dünyanın ölüm itim dünyası olduğunu hərdən- AYIQ başına olanda
xatırlayırlarmı?HƏYAT..." "
Nəzərinizə çatdıraq ki, bu yaxınlarda
açıqlamaları zamanı B. Dadaşova xalq artisti Aygün Kazımovanı
"media meymunu" adlandırmışdı.