Beyləqanda həmkəndlilər bir-birini güllələyib

28 İyun 2013 11:24 (UTC+04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Əhmədbəyli kəndində meşəlikdə ov zamanı qeydə alınıb.

 

Ramal Əhmədov və onun həmkəndlisi Rafiq Vəliyev ehtiyatsızlıqdan bir-birlərinə atəş açıblar. Nəticədə R. Əhmədov ölüb, R. Vəliyev isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.