Orta məktəblərdə şagirdlərdən pul yığan müəllimlərə cinayət işi açılacaq

28 İyun 2013 11:30 (UTC+04:00)

Azərbaycanda orta məktəblərə vakant müəllim yerlərinin siyahısı iyulun 1-dən Təhsil Nazirliyinin saytında yerləşdiriləcək.

Movqe.az-ın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov mətbuata müsahibəsində deyib ki, buna uyğun olaraq müəllim işləmək istəyənlər nazirliyə onlayn müraciət edə bilərlər. M.Cabbarov qeyd edib ki, sentyabrın 15-dək 6 yaşı tamam olmayan uşaqlar uşağın müraciət etdiyi məktəbdə müsabiqəyə buraxılacaq. Onun sözlərinə görə, uşağın I sinfə qəbulu onun səviyyəsindən və müsabiqədə göstərdiyi nəticədən asılı olacaq. Digər vacib məsələdən danışan təhsil naziri vurğulayıb ki, Azərbaycanın orta məktəblərində qeyri-qanuni vəsait yığımı, ümumiyyətlə neqativ hallara qarşı təşkilatı tədbirlər görülüb: "Bundan sonra inzibati və cinayət məsuliyyəti də görüləcək. Nazirlik orta məktəblərdə əsassız pul yığılması hallarına qarşı mübarizə aparacaq".