Dövlət Statistika Komitəsinin sədri “Şöhrət” ordeni ilə təltif edildi

28 İyun 2013 14:34 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasında statistika işinin təşkilində xidmətlərinə görə Arif Mikayıl oğlu Vəliyev "Şöhrət" ordeni ilə təltif edilsin. www.president.az