"İsti havalarda qəhvə, çay, buzlu çay, qazlı içkilər, enerji içkiləri, hazır meyvə suları yerinə su, süd, ayran, evdə hazırlanan limonad kimi içkilərin seçilməsi lazımdır. Movqe.Az türk mediasına istinadən bildirir ki, Türkiyədən Dos. Dr. Mustafa Tözündən isti havalarla əlaqədar tövsiyələr gəlib. Sağlamlığın qorunması üçün kifayət qədər su içilməsi, 11.00-16.00 saatları arasında çölə çıxılmaması, yemək, içki ilə paltar seçiminə diqqət edilməsinin əhəmiyyətini vurğulayan Dos. Dr. Tözün bunları qeyd edib:
- Həddindən artıq istilər bədəndə maye və mineral itkisinə səbəb olur. Körpələr, uşaqlar, hamilə qadınlar ilə yaşlıların maye və mineral itkisi baxımından diqqətlə təqib edilməsi lazımdır. Əgər xroniki xəstəlik mövcuddursa dərman istifadəsi nizamlı olmalıdır, həkim nəzarəti gecikdirilməməlidir. Gündə 2-2,5 litr su içilməlidir.
- Kafein və spirt ehtiva edən içkilər bədəndən su atımına səbəb olar. İsti havalarda qəhvə, çay, buzlu çay, qazlı içkilər, enerji içkiləri, hazır meyvə suları yerinə su, süd, ayran, az şəkərli evdə hazırlanan limonad kimi içkilər seçilməlidir. Vitamin, mineral, su əvəz etmək səbəbilə tərəvəz və meyvə istehlakı artırılmalıdır. Bununla da, həm bədən müqaviməti gücləndirilmiş olar, həm də bədən üçün lazımlı qida maddələri təmin edilmiş olar. Gün ərzində 3 dəfə yemək yeyilməlidir. Qızartma, qovurma, qaymaq kimi yağlı yeməklərin, qatı yağların, kolbasa, sosiska kimi işlənmiş qidaların və yağlı ətlərin istehlakından uzaq durulmalıdır. Bişirmə üsullarında daha çox qaynatma, buğlama kimi sağlam bişirmə üsulları seçilməlidir. İsti havanın təsiriylə qidalar daha tez korlana bilər. Qidalar soyuducuda saxlanmalı, açıqda satılan yeməklər isə yeyilməlidir. Bədəni sərin tutacaq, açıq rəngli, rahat, pambıq və bol paltarlar seçilməlidir. Qoruyucu krem, çətir və ya papaq istifadə edərək günəş şüalarının zərərli təsirlərindən qoruna bilərsiniz.