28 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasın gündəliyinə iki məsələ daxil edilib:
- 2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;
- Növbəti il üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə şərtlərinə yeniliklərin edilməsi.
İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, 2013-cü ilin II yarımilliyi üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə qatılmaq üçün Fonda 32 redaksiyadan layihə təklifi daxil olub. Sənədlər Müşahidə Şurasının üzvlərinə təqdim edilib.
Təqdim edilmiş sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri tiraj, yayım və dövrülük şərtlərini nəzərə alaraq, 31 qəzet redaksiyasına maliyyə yardımının ayrılmasına qərar veriblər (Müsabiqə qalibi olan redaksiyaların siyahısı aşağıda təqdim edilir).
Bir redaksiyanın ("Bütov Azərbaycan" qəzeti) sənədlərinin isə müsabiqə şərtlərinə uyğun olmadığı aşkarlanıb.
Gündəlikdə duran növbəti məsələni müzakirə edən Müşahidə Şurasının üzvləri bildiriblər ki, növbəti ildə müsabiqə şərtlərinə yeniliklər edilməsi vacibdir. Qərara alınıb ki, növbəti müsabiqə ilində müsabiqəyə qatılmaq istəyən KİV-lərin tirajının 2500, yayımının isə 1000 nüsxədən artıq olması şərtləri nəzərə alınsın. Bu barədə redaksiyalara müvafiq bilgilərin verilməsi qərara alınıb.
2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı
№ |
Qəzetin Adı |
Məbləğlər |
1. |
"Yeni Azərbaycan" qəzeti |
60000 |
2. |
"Yeni Müsavat" qəzeti |
60 000 |
3. |
"Ayna-Zerkalo" qəzeti |
60 000 |
4. |
"Azadlıq" qəzeti |
60 000 |
5. |
"Səs" qəzeti |
60 000 |
6. |
"Kaspi" qəzeti |
60 000 |
7. |
"Mövqe" qəzeti |
60 000 |
8. |
"Ədalət" qəzeti |
60 000 |
9. |
"525-ci" qəzet |
60 000 |
10. |
"Bakı-Xəbər" qəzeti |
60 000 |
11. |
"Olaylar" qəzeti |
60 000 |
12. |
"Ekspress" qəzeti |
60 000 |
13. |
"Palitra" qəzeti |
60 000 |
14. |
"Paralel" qəzeti |
40 000 |
15. |
"Həftə İçi" qəzeti |
40 000 |
16. |
"Azad Azərbaycan" qəzeti |
40 000 |
17. |
"Şərq" qəzeti |
40 000 |
18. |
"Xalq Cəbhəsi" qəzeti |
40 000 |
19. |
"Futbol+Qol" qəzeti |
40 000 |
20. |
"Bizim Yol" qəzeti |
40 000 |
21. |
"Novoye Vremya" qəzeti |
30 000 |
22. |
"Futbol +" qəzeti |
30 000 |
23. |
"Üç Nöqtə" qəzeti |
30 000 |
24. |
"Olimpiya Dünyası"qəzeti |
20 000 |
25. |
"Oxu Məni" qəzeti |
15 000 |
26. |
"Azernews" qəzeti |
20 000 |
27. |
"Reytinq" qəzeti |
10 000 |
28. |
"Təhsil Problemləri" qəzeti |
8 000 |
29. |
"The Business Times" qəzeti |
8 000 |
30. |
"Hərbi And" qəzeti |
8 000 |
31. |
"Türküstan" qəzeti |
8 000 |