Movqe.Az "Euronews"a istinadən bildirir ki, Qlobal böhranla sarsılan və heç cür düzələ bilməyən ölkə borc problemləri ilə daha da çıxılmaz vəziyyətdə qalıb. Bunun nəticəsində həyata keçirilən siyasətlər xalqın çiyinlərindəki yükü artırıb. Bu da özünü açıq-aydın işsizlikdə büruzə verir.
Ölkənin statistika mərkəzinin verdiyi məlumatlara görə, işsizlərin sayı 1 milyon 100 min adama çatıb. Bu da işsizlik nisbətinin 21,7 faiz artdığını göstərir. Vəziyyət 24 yaşdan aşağı olan gənclərdə daha da dəhşətli bir hal alıb. Gənclərin yarıdan çoxu işsizdir.
Ölkə 2010-cu ildən bu yana Avropa Birliyi və Beynəlxalq Maliyyə Fondu tərəfindən iki dəfə xilas edilib. Amma xarici kömək qarşılığında tətbiq olunan maliyyə tədbirləri çox sayda iş yerinin tənəzzülünə və bağlanmasına səbəb olub.
Ziba Yusifova
Movqe.Az