Bakı metropolitenində sərnişinlər 20 dəqiqə tuneldə qalıb
4 İyul 2013 12:50 (UTC+04:00)
Bu gün Bakı Metropolitenində həyəcanlı anlar
yaşanıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə,
səhər saat 10:00 radələrində metronun "Dərnəgül – Həzi Aslanov"
xətti üzrə hərəkət edən qatar "Nəsimi" stansiyasında təxminən 20
dəqiqə dayanıb. Nəticədə sərnişinlər arasında həyəcan yaşanıb. Bəzi
sərnişinlərin səhhətində problem yaranıb. Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq.
Metropolitendən ANS PRESS-ə verilən məlumata görə, metronun "Memar
Əcəmi" stansiyası yolunda yaranmış texniki problemlə əlaqədar bu
istiqamətdəki qatarların hərəkəti
dayandırılıb. Belə ki, "Dərnəgül –
Həzi Aslanov" xətti üzrə hərəkət edən qatar "Nəsimi" stansiyasında
saat 10:06 radələrindən saat 10:16 radələrinə qədər, yəni 10 dəqiqə
stansiyada dayanıb. Daha sonra yaranan nasazlıq aradan qaldırılıb
və qatarların hərəkəti bərpa olunub. Hadisə zamanı xəsarət alan
olmayıb.