Türkiyədə həmcinslərinin "alver"ini təşkil edən sumqayıtlı qadın saxlanıldı

9 İyul 2013 14:54 (UTC+04:00)

Sumqayıt şəhər sakininin qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı aşkar olunub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Gülxatun Əliyevanın bir qrup şəxslə cinayət əlaqəsinə girib, gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı aşkar olunub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.