Ananın inanılmaz vəhşiliyi: 8 aylıq oğluna 90 yara vurdu...

12 İyul 2013 13:48 (UTC+04:00)

8 aylıq Sayao Bao anasının qəzəbinə gəlib. Anası onu əmizdirəndə hirslənib və əlindəki qayçı ilə Syaoya 90 dəfə zərbə vurub.

Dayısı uşağın qışqırtısına otağa girəndə balaca Syaonu qan içində görüb.

Bədəni, üzü, boğazı dəlmə-deşik edilmiş Syao xəstəxanaya aparılıb və cərrahlar onun yaralarına 100 tikiş qoyublar

Mövqe.az Mail Online-a istinadən bildirir ki, hadisə Çinin şərqindəki Szyansu vilayətindəki Syuyçjou şəhərində baş verib.

Polis cəllad ananı tutub. Qadın polisdə verdiyi ifadəsində bildirib ki, oğlunu qayçılamağının səbəbi Syaonu əmizdirəndə onun döşünü dişləməsidir.

"Qadın müayinə olunub və onda hər hansı psixi sapıntılar aşkarlanmayıb", - polisdən verilən məlumatda deyilir.

Uşağı bıçaqlamağına rəğmən, Syao anasından alınmayıb.

Dayılar isə bundan sonra uşağa daha diqqətlə baxacaqlarını deyiblər.

Müşahidəçilərin fikrincə, Syaonun anasının ruhi xəstə olması əsla istisna deyil. Sadəcə, psixi xəstəliklər və ruhi sapıntılar problematikası Çində "qapalı" mövzulardan biridir.

"The Lancet" jurnalı bildirir ki, Çinin 4 vilayətində aparılmış araşdırmalar yetkinlik yaşına çatmış çinlilərin 91 faizində bu və digər formada psixi sapıntıların olmadığını göstərib.

173 milyon insan psixi baxımdan ciddi problemlərlə üzləşsələr də, onlar müayinə və müalicə olunmurlar.