Brilliant ona şər atanları Allaha tapşırdı-ÖZƏL
12 İyul 2013 13:52 (UTC+04:00)
Brilliant Dadaşova neçə vaxtdır mediada yayımlana
oğlu Cahadın özbəkistanlı qızla eşq yaşaması haqda xəbərlərə
münasibət bildirib.Xalq artisti deyilənlərin doğru isbatı
olmadığını qeyd edib. Mövqe.az həmin statusu olduğu kimi sizlərə
təqdim edir:
"Çox gözəl bir aydayıq – Ramazan ayı. Bütün dünya
müsəlmanlarının saleh əməlləri ilə seçilməyə çalışdığı bir ay.
Yazılan bəzi şeylərə çox təəssüflənirəm. Biri yazır ki, guya mənim
uşağımla aramda "soyuq küləklər" əsir. O biri deyir ki, uzun
illərdir dostluq etdiyim yaxın rəfiqəm Zülfiyyə Xanbabayeva ilə
aram dəyib. Gülməlidir... Xeyir ilə şər qardaşdır deyiblər. Allah
doğru-düzgün əməl sahiblərinə qüvvət versin. Xeyir şərə həmişə
qalib gəlsin" - deyə müğənni şəxsi "Facebook" səhifəsində
yazıb.