İqtisad Universitetinin tələbələrinin tələbi həll edildi
3 Aprel 2012 19:49 (UTC+04:00)
"Boloniya sisteminin tələblərinə uyğun olaraq imtahanqabağı
kollokviumun keçirilməsi üçün ayrılan müddət uzadılıb"
İqtisad Universitetinin bir neçə fakültəsinin tələbələri semestr
imtahanlarını boykot edərək, ədalətli imtahan prosesi tələb
etmələri universitet rəhbərliyini hərəkətə gətirib. Yarım saat
ərzində 6 fəndən imtahan verməyin ədalətli olmadığını deyə
tələbələrin tələblərinə cavab olaraq universitet rəhbərliyi
kollokvium müddətinin bir həftəyədək uzadılması barədə qərar qəbul
edib.
İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Zəfər Bayramov
Gün.Az -a bildirib ki, problem universitet rəhbərliyi tərəfindən
həll edilib.
"Narahatlığa əsas yoxdur. Boloniya sisteminin tələblərinə uyğun
olaraq imtahanqabağı kollokviumun keçirilməsi üçün ayrılan müddət
uzadılıb".