Koronavirus hələ davam edir. Virus heç bir yerə getməyib, heç bir yerə qeyb olmayıb, bizim aramızdadır. Təmaslar nə qədər çox olarsa, virus da o qədər çox yayılacaq.
Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Modul tiplu xəstəxanaların aktuallığı heç vaxt itməyəcək. Bizim ölkəmiz müharibə şəraitində yaşayır. Amma koronavirus tam başa çatandan sonra, ehtiyac olarsa, modul tipli xəstəxanalar gələcəkdə səhra hospitallarına çevrilsin”, - deyə TƏBİB sədri bildirib.