Yaponiyada zəlzələ baş verib

12 May 2020 10:05 (UTC+04:00)
Yaponiyada 4,3 bal gücündə zəlzələ baş verib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hokkaydo prefekturasında, ocağı isə 50 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.