Çimərliklərlə bağlı qaydalar hazırlanır və kommissiya yaradılıb.
Mövqe.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
"Bəzi çimərliklərdə sıxlıq müşahidə olunması qaçılmazdır. Buna görə də onlayn qeydiyyat sistemi yaradılacaq. Vətəndaş evdən çıxmazdan əvvəl qeydiyyatdan keçib, yer tutacaq. Bununla bağlı yaxın zamanda qaydalar tətbiq olunacaq".
O bildirib ki, böyük çimərliklərə nəzarətlə bağlı adminstrasiya yaradılıb və nəzarət olunacaq.
İbrahim Məmmədov əlavə edib ki, metodiki göstərişlər hazırlanıb və bu göstərişlər koronavirus.az saytında yerləşdirilib:
"Buraya turizm və otelçilik, çimərlikdə davranış qaydaları, hansı standartların tətbiq olunması göstərilib. Həmin müəssisələrdə qaydalara nəzarət edən məsul şəxslər ayrılacaq. Eynilə iaşə obyektlərində masalar arasında azı 2 metr, oturacaqlar arasında azı 1 metr məsafə saxlanılması yazılı şəkildə asılacaq".