Hazırda xüsusi həkim qruplarımız bütün xəstəxanalarda baxış keçirir. Bütün xəstəxanalarda xüsusi nəzarət rejimin tətbiq olunması ilə bağlı işlər aparılır.
Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"Ola bilər ki, hansısa xəstəxananın işində məhdudiyyətlər olsun, dezinksiya aparılsın. Biz bütün xəstəxanalarda bu işləri aparmalıyıq. Xahiş edirəm ki, hər xəstəxanada fəaliyyətin dayanmasını xüsusi hal kimi qeyd etməyək".
O qeyd edib ki, həkimlərin yoluxma halları pandemiya xəstəxanalarında deyil, adi xəstəxanalarda baş verib.