Rafet El Roman Bakı hava limanında: “Möhtəşəm olacaq!”-FOTOLAR
17 İyul 2013 17:02 (UTC+04:00)
Türkiyənin tanınmış estrada ulduzu Rafet El Roman və azərbaycanlı
müğənni Ezo artıq küləklər şəhəri Bakının qonağıdırlar. Bu gün saat
13:30-da Heydər Əliyev adına Hava Limanında Bakıya ayaq basan
qonaqlar sabahkı konsertin hazırlığına başlayıblar.
Mövqe.az-ın məlumatına görə, hava limanında jurnalistlərin
suallarını cavablandıran müğənni Rafet El Roman konsert zamanı
Azərbaycan mahnıları da oxuyacağını və möhtəşəm bir konsert
proqramının planlandığını deyib.
Türkiyəli müğənni həmçinin sevgilisi Cerenlə birgə olduğunu da
söyləyib.
Konsertin təşkilatçısı Nahid Emiloğlu isə bildirib: "Sabah Rafet El
Roman və Ezo ATV-nin "Gün keçir" verlişinə çıxacaqlar. "Romantik
yay axşamı" konsertinin aparıcısı Nanə Ağamalıyeva, konsertin fəxri
qonağı isə Aygün Kazımovadır. Qonaqlarımız artıq paytaxta gəliblər,
Bakıdadırlar, dincəlirlər. İnşallah, iyulun 19-u səhər hər ikisi
konsertdən sonra Türkiyəyə qayıdacaqlar".
Xatırladaq ki, "Romantik yay axşamı" adlı konsert
iyulun 18-də saat 20:00-da Yaşıl Teatrda keçiriləcək. Biletlərin
qiyməti 20-80 AZN-dir. Konsertin informasiya dəstəkçisi mövqe.az
saytıdır.