Planetimiz böyük bir bəla ilə ciddi şəkildə mübarizə aparır. Bu bir müharibədir. Müharibə isə itkisiz olmur. Bütün ölkələrin qarşısında duran əsas məqsəd ən az itki ilə mübarizədə qalib gəlməkdir.
Azərbaycan da pandemiya ilə mübarizədə ən uğurlu yol seçən ölkələrdən biridir. Ölkəmizdə ilk koronovirus xəstəsi müəyyən edilən andan ciddi tədbirlər həyata keçirilməyə başlanıldı. Koronovirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə profilaktik və təxirəsalınmaz tədbirlər həyata keçirildi. Xüsusi karantin rejiminin tətbiq olunması bu mübarizədə ən önəmli addımlardan biridir.
Təbii ki pandemiya iqtisadiyyata, sosial rifaha və məşğulluğa ciddi təsir göstərdi. Lakin bu gərgin vəziyyətdə dövlətin tam şəkildə xalqla birlikdə olduğunu nümayiş etdirməsi, mənfi təsirlərin azaldılmasına xidmət edən genişmiqyaslı tədbirlər planının hazırlanması dövlət-xalq birliyini, hər bir məsələdə həmrəyliyimizi, güclü bir millət olduğumuzu bir daha sübut etdi. Dövlət hər bir vətəndaşının yanında oldu, dəstəyini əsirgəmədi. Xaricdə yaşayan vətəndaşlarımızın ölkəyə gətirilməsi, xaricdə qalan vətəndaşlarımıza dövlətimiz tərəfindən olunan maddi dəstək hər zaman bir-birimizin yanında ola bildiyimizin sübutudur.
Qeyd etdiyim kimi, pandemiyanın müxtəlif sahələrə mənfi təsirinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti iş yerlərinin və işçilərin əməkhaqqlarının qorunması, əhalinin məşğulluq imkanının artırılmasına xidmət edir.
Cənab Prezident çıxışlarında dəfələrlə qeyd etmişdir ki, xüsusilə özəl sektorda əsassız yerə işdən çıxarılmalar olmasın, ixtisarlara yol verilməsin, məzuniyyətə buraxılan işçilərin əməkhaqları saxlanılsın. Bu istiqamətdə məqsədyönlü işlər aparıldı, sahibkarlara dəstək göstərildi. Pandemiyadan zərər şəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln. manat birbaşa kompensasiya ödənişi ayrıldı. Bu dəstək nəticəsində dövlət işçilərin iş yerlərini qoruyub saxlamağı bacarmışdır.
Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğuı vətəndaşlar böyük bir təlaşla üz-üzə qaldılar. Şəffaf olmayan gəlir mənbələrini itirmələri dövlət üçün də çətinlik yaratdı. Lakin dövlətimizin humanist siyasəti nəticəsində heç bir vətəndaş diqqətsiz, qayğısız qalmadı. Qeyri-formal sahələrdə çalışanlar da sosial müdafiə olundular. 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik müavinətin verilməsi xüsusi əhəmiyyətə malik addım oldu. Bu insanların əmək müqaviləsi bağlamadan, qeyri-formal fəaliyyət göstərməsi dövlətin digər maliyyə yardımlarından faylanmaq inkanından məhrum etdi. Bu səbəbdən prezident hər dəfə dönə-dönə əmək müaviləsinin, formal sahədə çalışmağın əhəmiyyətini vurğulayır, sahibkarların işçilərlə əmək müqaviləsi bağlanmasının vacibliyini qeyd edir.
Pandemiya dövründə ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişlənmiş, 82 mindən çox ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilmişdir.
Bu dövrdə ciddi maliyyə xərclərinə baxmayaraq, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərdə heç bir gecikmə halı baş vermədi, davamlılıq təmin edildi. Formal sektorda işləməyin avantajları sosial ödənişlərin verilməsində özünü
bir daha göstərdi. Qeyri-formal sektorda xidmət edənlər isə, təəssüf ki, qeyd olunan ödənişlərdən kənarda qalır.