İsveçrəli iş adamı Sumqayıta 1 milyon tibbi maska göndərib
2 İyun 2020 16:30 (UTC+04:00)
Sumqayıtda koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə İsveçrədə yaşayan iş adamı Abdulla Şatila şəhərə 1 milyon tibbi maska göndərib.
Bu barədə "Report"a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, humanitar yardım "Azərbaycan Hava Yolları" QSC-nin Karqo Terminalında qəbul olunub və dezinfeksiya olunduqdan sonra Sumqayıta - şəhərin 1 saylı xəstəxanasına gətirilib. Tibbi maskalara görə sumqayıtlılar adından sahibkara minnətdarlıq ifadə olunub.