Təbii saç əkimi vədi alan gənc qadın saçsız qalıb

19 İyul 2013 14:23 (UTC+04:00)

Gözəllik salonu gözəli eybəcərləşdirdi: saçları töküldü, keçəl qaldı..

Mövqe.az Türkiyə mətbuatına istinadən  xəbər verir ki, üç aydır psixoloji müalicə alan Fidan məhkəməyə müraciət edərək 79 min türk lirəsi təzminat tələb edib. Təhsili olmayan gənc qadın gözəl saçlara sahib olmaq üçün Türkiyənin məşhur qadın salonlarından birinə müraciət edib. Xəbərə görə, ilkin mərhələdə gözəllik salonuna iki min lirə ödəyən qadının saçlarından bir tutumluq kəsilərək çoxaldılması üçün xaricə göndərilib. 


Gözəllik salonu gənc qadına 5 ay fasiləylə ömür boyu heç vaxt tökülməyən, seyrəkləşməyən, gur və güclü saçlara sahib olacağına zəmanət verib. 


Aprelin 18-də Fidan Ü.-yə zəng edib onu İstanbula çağırıblar. Çoxaldılmış saçın xaricdən gəldiyini və əkilməyə hazır olduğunu bildiriblər. İstanbula gedən Fidan Ü. yenə 2 min lirə ödəyib. Fidan Ü.-nün saçları dibindən qırxılaraq xaricdən gətirilən saç onu başına əkilib. Ancaq iddia olunduğuna görə, bu saç Fidan Ü.-nün öz saçı deyil, şinyon olub. Fidan Ü. duş aldığı zaman yapışdırıcılar sökülüb. Məlum olub ki, başına qoyulan şinyondur.