Movqe.Az bildirir ki, Türkiyənin Prezidenti Abdullah Gül Şanlıurfa və Adıyamana etdiyi ziyarətlərlə bağlı təəssüratlarını və fotoşəkillərini sosial şəbəkə "twitter" də onun informasiyalarına abunə olan şəxslərə paylaşıb.
Gül Adıyaman və Şanlıurfaya prezident kimi ilk dəfə ziyarət etməkdən çox şad olduğunu ifadə edib və xalqın göstərdiyi maraq və sevgiyə görə təşəkkür edib.
Gül, Şanlıurfa deyilərkən ağla gələn ilk yer Balıqlı Göl və Hz.İbrahim Peyğəmbərin doğulduğu yeri ziyarət etmək və balıqlara yem atmaq olduğunu söyləyərək burada da çəkilən bir fotoşəkilini "twitter"ə əlavə edib.