Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən sərtləşdirilmiş karantin rejimi ilə əlaqəda Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin, Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, RİH başçısı Aparatının müavinlərinin və şöbə müdirlərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, eləcə də mobil qrup üzvlərinin iştirakı ilə rayon ərazisində monitorinqlər davam etdirilir.
Reydlər zamanı rayon ərazisindəki supermarketlərdə, avtotəmir müəssisələrində və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib. Sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin vacibliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilib.
Eyni zamanda mobil qruplar tərəfindən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə mütəmadi olaraq qida məhsullarının satışını həyata keçirən obyektlərdə, bazarlarda, ictimai-iaşə müəssisələrində, müxtəlif xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.